Qol.Az

Braziliyalı futbolçu rəsmən Rusiya millisində

[11.03.2016]
Braziliyalı futbolçu rəsmən Rusiya millisində

"Lokomotiv"in braziliyalı qapıçısı Marinato Qilyerme Rusiya millisinə dəvət alıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Leonid Slutski ilk dəfə Qilyermeyə dəvət göndərib.

2007-ci ildən "Lokomotiv"də çıxış edən 30 yaşlı milliləşdirilmiş qolkiper yığmaya çağırılması ilə bağlı bunları deyib: "Əlbəttə, bu böyük məsuliyyətdir. Komandaya faydalı olmaq üçün bütün gücümü qoyacam. Artıq uzun müddətdir ki, özümü rusiyalı hiss edirəm və bu ölkənin yığmasında oynamaq istəyirdim. İndi bundan zövq alıram".

Qeyd edək ki, Qilyermenin bu ay Litva və Fransa ilə keçiriləcək yoldaşlıq görüşlərində debüt etmək şansı var. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.