Qol.Az

Levandovski "Real"a niyə keçmir? – sensasiyalı iddia

[11.03.2016]
Levandovski "Real"a niyə keçmir? – sensasiyalı iddia

"Bavariya"nın hücumçusu Robert Levandovski Madrid "Real"ına transfer olunmaq istəmir.

Qol.az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, buna hazırda "Real"da Kriştiano Ronaldonun çıxış etməsi səbəb olub.

Polşalı forvardın "Real"da Ronaldonun eqoizmi ilə qarşılaşmaq istəmədiyi üçün belə qərar verdiyi bildirilir. Portuqaliyalı ulduzun digərlərin fikrini qəbul etməməsi, öz dediklərini diktə etməsini daha üstün tutduğunu düşünən Levandovski bu səbəbdən "Real"a keçmək istəmir.

Hazırda "Yuventus"da çıxış edən Alvaro Moratanın da eyni səbəbdən sabiq komandasına qayıtmaq istəmədiyi iddia olunur.

Qeyd edək ki, İspaniya mətbuatı ötən mövsümün sonunda "Real"ın həm Levandovski, həm də Moratanı transfer etmək istədiyini yazıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.