Qol.Az

Bəhmən Həsənov: "Rəvan" dağılmayacaq"

[15.02.2016]
Bəhmən Həsənov: "Rəvan" dağılmayacaq"

"Gərgin oyun keçdi. Çoxlu yadda qalan epizodlar oldu. Meydana Ən azı 1 xal qazanmaq üçün çıxmışdıq. Buna yaxın olsaq da, son anda oyunçumun yersiz hərəkətinə görə qapımıza 11 metrlik cərimə zəribəsi təyin edildi və 1 xaldan məhrum olduq".


Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 21-ci turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Zirə" yaxşı komandadır. Rəqibi təbrik edirəm və onlara uğurlar arzulayıram. Heyətimizin yarısı demək olar ki, yoxdur. Sona qədər mübarizə apardıq. Biz heç zaman təslim olmayacağıq. Penalti epizoduna gəlincə, hakim yəqin doğru qərar verib.  Məğlub olsaq da, yaxşı oyun nümayiş etdirdik" - deyə o bildirib.

"Rəvan"ın baş məşqçisi futbolçusu Ceyhun Abdullayevə təşəkkür edib: "Çünki Ceyhun sınıq burnu ilə oynadı. O, perspektivli futbolçudur".

B.Həsənov bildirib ki, futbolçusu Saşa Yunusoğlunun yoxluğu öz sözünü dedi:

"O, meydanda futbolçuları idarə edən ikinci məşqçidir".

B.Həsənov onu da qeyd edib ki, "Rəvan" dağılmayacaq:

"Mən müsahibələrimdə hər zaman demişəm ki, "Rəvan" dağılmayacaq. Biz öz oyunumuza davam edəcəyik. Siz bu məlumatları ordan-burdan eşidirsiniz".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.