Qol.Az

Marselo məşqlərə başladı (FOTO)

[15.02.2016]
Marselo məşqlərə başladı (FOTO)

Madrid "Real"ının müdafiəçisi Marselo zədəsini sağaldıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu komandanın son məşqinə qatılıb.

Lakin onun Çempionlar Liqasının 1/8 finalında "Roma" ilə keçiriləcək ilk oyunda iştirak edib-etməyəcəyi məlum deyil. Bununla belə, məşqçilər korpusunun Marselonu riskə atmaq istəmədikləri bildirilir. "Real"ın digər zədəliləri Pepe və Qaret Beyl isə məşqdən kənarda qalıb.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Roma" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.