Qol.Az

PSJ-nin daha bir hücumçusu gedir

[15.02.2016]
PSJ-nin daha bir hücumçusu gedir

PSJ-nin hücumçusu Edinson Kavani mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçunun karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir.

29 yaşlı futbolçu ilə İtaliyanın "Yuventus" klubu da yaxından maraqlanır. Lakin Kavaninin artıq "Mançester Yunayted"lə anlaşdığı bildirilir.

Qeyd edək ki, PSJ-nin digər hücumçusu Esekiel Lavezzinin mövsümün sonunda Çinə gedəcəyi iddia olunur. Zlatan İbrahimoviçin yeni mövsümdəm karyerasını harada davam etdirəcəyi hələ də sual olaraq qalır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.