"Palermo"da növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yenidən Cüzeppe Yaçiniyə tapşırılıb.
Ötən ilin noyabrında istefaya göndərilən Yaçini yenidən baş məşqçi vəzifəsinə gətirilib. Son 3 ayda A Seriya təmsilçisini David Ballardini, Qillermo Skelotto və Covanni Bozi çalışdırıb.
Qeyd edək ki, "Palermo" A Seriyasında geridə qalan 24 turdan sonra 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə