Qol.Az

İsrafilov 35 dəqiqə oynadı, cəzalandı

[15.02.2016]
İsrafilov 35 dəqiqə oynadı, cəzalandı

İspaniya Sequndasında 25-ci tura yekun vurulub.

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" klubu evdə "Saraqoza"nı qəbul edib.

Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. 48 dəqiqəyə qapısından iki top buraxan "Kordoba" oyunda dönüş yarada bilməyib - 0:2. Oyunun 55-ci dəqiqəsində meydana daxil olan İsrafilov 5 dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Kordoba" geridə qalan 25 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.