Qol.Az

Qriqorçuk: “Qəbələ” öz üslubunda oynamadı”

[14.02.2016]
Qriqorçuk: “Qəbələ” öz üslubunda oynamadı”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün Topaz Premyer Liqada “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın xəbərinə görə, “CBC Sport” kanalına müsahibəsində o bildirib:

“Biz oyunun ağır olacağını gözləyirdik və bələ də oldu. Bizə ancaq qələbə və xallar lazımdır. “Qəbələ” ancaq qələbəyə köklənib. Tanrıya şükür ki, son oyunlarda bunu bacarırıq. Matçın sonları da ağır oldu. Rəqib bütün komanda ilə müdafiə olunurdu. Bu zaman müdafiəni yarmaq çətin olur. Bu gün “Qəbələ” öz üslubunda oynamadı”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.