Qol.Az

Kavani üçün Parisə getdi

[15.01.2020]
Kavani üçün Parisə getdi

PSJ-nin hücumçusu Edinson Kavaninin qış transfer pəncərəsi dönəmində “Atletiko”ya keçidi mümkündür.

Qol.az xəbər verir ki, bu bardə “Marca” məlumat yayıb. Madrid klubunun bu transferdə israrlı olduğu bildirilir. Bu səbəbdən “Atletiko”nun baş direktoru Migel Anxelin PSJ-nin sahibi Nasser Əl-Xəlafi ilə danışıq aparmaq üçün Parisə gedib. Klub rəsmisi bu səfər zamanı uruqvaylı forvardın transferini bitirmək fikrindədir.

Qeyd edək ki, Fransa və İspaniya mətbuatı Kavaninin yayda “Atletiko”ya keçəcəyini yazmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.