Qol.Az

"Milan" Borinini satdı

[15.01.2020]
"Milan" Borinini satdı

İtaliyanın “Verona” klubu "Milan”dan Fabio Borinini heyətinə qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend” kimi klubların formasını geyinən italiyalı forvard, 2017-ci ildən “Milan”da çıxış edirdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.