Qol.Az

Millimizin üzvünə sarı vərəqə

[15.01.2020]
Millimizin üzvünə sarı vərəqə

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda 23-cü turda doğma meydanda "Fuenlabrada"  ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

E.İsrafilov start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 64-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Albasete" hazırda 28 xalla 15-ci  pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.