Qol.Az

"Arsenal"ın müdafiəçisi Almaniya klubunda

[14.01.2020]
"Arsenal"ın müdafiəçisi Almaniya klubunda

Almaniyanın “Nürnberq” klubu “Arsenal”dan Konstantinos Mavropanosu heyətinə cəlb edib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Nürnberq”in formasını geyinəcək.

Qeyd edək ki, Yunanıstanın “Apollon” klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından “Arsenal”da idi. Müdafiəçi “topçular”la bu mövsüm 1 oyuna çıxıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.