Qol.Az

Beqoviç sabah debüt edə bilər

[14.01.2020]
Beqoviç sabah debüt edə bilər

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç yeni klubu "Milan"da sabah debüt edə bilər.

Qol.az-ın  İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, belə ki,  komandanın əsas qapıçısı Canluici Donnarumma dünən məşq zamanı zədələnib. Onun bərpa müddəti dəqiqləşməsə də, sabah İtaliya kubokunda SPAL-la görüşdə oynamayacağı bildirilib.Komandanın baş məşqçisi Stefano Piolinin sabahkı matçda bosniyalı qolkiperə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, "Milan" - SPAL qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç bu mövsüm sonuna kimi icarə əsasında "Milan"da oynayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.