Qol.Az

Şevçenko ilin məşqçisi seçildi

[03.12.2019]
Şevçenko ilin məşqçisi seçildi Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

Qol.az xəbər verir ki, Ukraynanın əfsanəvi futbolçusu 2016-cı ildən çalışdırdığı yığmanı Avro-2020-nin final mərhələsinə çıxarıb.

Xatıradaq ki, Ukrayna millisi seçmə mərhələni qrup lideri kimi tamamlayıb.  Yığma tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurub.

İlin ən yaxşı qapıçısı "Şaxtyor" və millinin qolkiperi Andrey Pyatov seçilib. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu adına layiq görülüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.