Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Monteneqro ilə oyunlarının tarixi dəyişdirilib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.
Yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə