Qol.Az

"Ronaldo rəqib idi?" - Van Deyk

[03.12.2019]
"Ronaldo rəqib idi?" - <b style="color:red">Van Deyk</b>

"Messi mükəmməl bir futbolçudur. O, 6 dəfə "Qızıl top"u qazanıb. Mən də bu mükafata layiq görülməyə yaxın idim. Amma Messi məndən bir az yaxşı idi. Ötən mövsüm bacardıqlarımla qürur duyuram. Ümid edirəm ki, onları yenidən edəcəyəm, amma çətin olacaq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Liveroul"in futbolçusu Vircil van Deyk "Qızıl top"un mükafatlandırma mərasimindən sonra deyib.

"Qızıl top"u qazanmağı heç düşünməmişəm. Bəlkə də bu, karyeramlı bağlıdır. Bu yerlərə gəlmək asan olmadı. Çox fərqli karyeram var. Xəyallarımdan heç vaxt imtina etmədim. Sonuna qədər mübarizə apardım. Hazırkı vəziyyətimlə qürur duyuram. Növbəti ilə daha da yüksək yerlərdə yer almaq istəyirəm" - deyə o bildirib.

28 yaşlı müdafiəçi "Kriştiano Ronaldo mükafatlandırma mərasiminə gəlmədi və beləliklə bir rəqibinin azaldı" sualına isə belə cavab verib: "O, rəqib idi?".

Qeyd edək ki, Messinin "Qızıl top"u qazandığı səsvermədə van Deyk ikinci, Ronaldo üçüncü olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.