Qol.Az

"Hər zaman daha çoxunu etmək istəyirəm" - Messi

[03.12.2019]
"Hər zaman daha çoxunu etmək istəyirəm" - <b style="color:red">Messi</b>

"Barselona"nın futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatı qazanmasını şərh edib.

Qol.az xəbər verir ki, o, mükafatı aldıqdan sonra bu fikirləri bildirib:"Məni seçən və mənə səs verənlərə, bütün komanda yoldaşlarıma  təşəkkür edirəm. Bu, mükəmməl bir hissdir. Bir neçə il əvvəl ilk "Qızıl top" mükafatımı Parisdə almışdım. O zaman üçün mənə görə ağla sığmaz hadisə idi. İndi isə altıncı mükafatımı qazanıram. Həyat yoldaşıma və uşaqlarıma da ayrıca təşəkkür edirəm. Həyat yoldaşım mənə hər zaman xəyal qurmağa davam etməyi, fikrimdən dönməməyi, çalışmağı, inkişaf etməyi və həzz almağımı söyləyir. Buna görə də çox xoşbəxtəm".

Argentinalı hücumçu daha sonra deyib: "Hər zaman daha çoxunu etmək istəyirəm. Bu mükafat mənim üçün özəldir, amma əsas önəmli olan komandanın uğurudur".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.