Qol.Az

"Benzemanın milliyə qayıtması mümkün deyil" - Federasiya prezidenti

[17.11.2019]
"Benzemanın milliyə qayıtması mümkün deyil" - <b style="color:red"> Federasiya prezidenti</b> Fransa Futbol Federasiyanın prezidenti Noel Le Qred Kərim Benzemanın milliyə qayıdıb-qyıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Qol.az xəbər verir ki, federasiya rəhbəri yerli mətbuata açıqlamasında “Real”ın hücumçusunun bir daha yığmaya dəvət amayacağını deyib:

"Kərim əla futbolçudur, heç vaxt onun karyerası ilə bağlı iradımız olmayıb. Bu mövsüm bir daha necə lazımlı oyunçu olduğunu təsdiq edir. Amma milli komandaya gəlincə...Bu, mümkün deyil. Onun yığma macərası başa çatıb".

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.