Qol.Az

Almaniya yığmasından rekord göstərici

[17.11.2019]
Almaniya yığmasından rekord göstərici Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus yığmasına 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb.

Qol.az xəbər verir ki,  Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Almanlar 1972-ci ildən indiyədək bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.

Qeyd edək ki, Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi olublar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.