Qol.Az

"Messi dedi ki, səsini kəs" - Tite

[16.11.2019]
"Messi dedi ki, səsini kəs" - <b style="color:red">Tite</b>

Braziliya millisinin baş məşqçisi Tite Argentina ilə yoxlama oyunu zamanı rəqib komandanın kapitanı Lionel Messi ilə arasındakı dialoqdan danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın hakiminə etiraz etdiyi üçün 32 yaşlı hücumçu ona əl işarəsi ilə susmalı olduğunu söyləyib: "Hakimə etiraz etdim, çünki Messi sarı vərəqə almalı idi. Messi dedi ki, "səsini kəs", mən də ona eynisini söylədim. Bu haqda daha danışmaq istəmirəm. Güclü hakimlərə ehtiyacımız var. Messiyə vərəqə verilməli idi, etiraz etmək hüququna malik idim".

Qeyd edək ki, Argentina Braziliyaya Messinin penaltidən vurduğu qolla qalib gəlib.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.