Qol.Az

Şeydayev üçün yeni baş məşqçi

[08.11.2019]
Şeydayev üçün yeni baş məşqçi

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K.Novikov yerinə yetirirdi.

Xatırladaq ki, Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Bizi İnstaqramda da izləyin


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.