Qol.Az

Platini UEFA-dan 7.2 milyon avro tələb edir

[08.11.2019]
Platini UEFA-dan 7.2 milyon avro tələb edir

UEFA-nın sabiq prezidenti Mişel Platini maaş borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Qol.az-ın  Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, təşkilatın ona ümumilikdə 7.2 milyon avro (5.5 milyon avro əməkhaqqı borcu) ödəməsini istəyir.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Sonradan bu cəza 4 ilə qədər azaldılıb. və bu ilin oktybarında başa çatıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.