Qol.Az

"Liverpul"a qarşı oynamayacaq

[08.11.2019]
"Liverpul"a qarşı oynamayacaq

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"la mərkəzi oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, zədəli qolkiperin matç gününə kimi hazır olmayacağını vurğulayıb.

Qeyd edək ki, Ederson Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta" ilə görüşdə (1:1) zədələnib.

Xatırladaq ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması noyabrın 10-u keçiriləcək.

Bizi İnstaqramda da izləyin!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.