Qol.Az

Emil Balayev Qazaxıstan çempionatının ən yaxşısı oldu

[08.11.2019]
Emil Balayev Qazaxıstan çempionatının ən yaxşısı oldu Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Qol.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.
İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O,  31 matçda 30 qol buraxıb.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.

Bizi İnstaqramda da izləyin!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.