Qol.Az

"İndi hər şey bizdən asılıdır" - Musa Əl-Tamari

[08.11.2019]
"İndi hər şey bizdən asılıdır" - <b style="color:red"> Musa Əl-Tamari</b> "Bizim üçün əla qələbə oldu. Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdır".

Qol.az xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Musa Əl-Tamari Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a qalib gəldikləri oyundan (2:1) sonra deyib.

İordaniyalı yarımmüdafiəçi Ağdam klubu ilə görüşün asan olmadığını bildirib: "Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, hamımızın köməyi nəticəsində reallaşdı. 1/16 final mərhələsinə yüksəlmək üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq".

Bizi İnstaqramda da izləyin!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.