Qol.Az

"Final mərhələsinə yollanacağımıza inanıram" - Joze Alesio

[24.10.2019]
"Final mərhələsinə yollanacağımıza inanıram" - <b style="color:red"> Joze Alesio</b> “Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir".

Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Moldova ilə keçirilən oyundan sonra deyib.

Braziliyalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadır. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlaşdığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda münasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsinə yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.