Qol.Az

Şeydayev "Dinamo"dan ayrıla bilər

[23.10.2019]
Şeydayev "Dinamo"dan ayrıla bilər

Millimizin üzvü Ramil Şeydayev qış transferi pəncərəsi dövründə "Dinamo"dan ayrıla bilər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı hücumçunun  müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı  bildirilib.

"Dinamo" rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.

Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.