Qol.Az

"Valensiya"da yeni baş məşqçi

[12.09.2019]
"Valensiya"da yeni baş məşqçi

İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisini Albert Selades çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə "Real"da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.