Qol.Az

Evra "Mançester Yunayted"ə qayıtdı

[11.09.2019]
Evra "Mançester Yunayted"ə qayıtdı

Patris Evra sabiq klubu "Mançester Yunayted"ə qayıdıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, iyul ayında 38 yaşında futbolçu karyerasını başa vuran fransız İngiltərə təmsilçisinin gənclər komandasının baş məşqçisi Nil Rayana kömək edəcək. "MY" öz növbəsində Evraya məşqçi lisenziyasını almağa köməklik  göstərəcək.

Qeyd edək ki, P.Evra 2006-2014-cü illərdə İngiltərə klubunda oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.