Qol.Az

Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

[11.09.2019]
Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

Xavyer Hernandesin  (Çiçarito) yeni klubu "Sevilya"da debütü ləngiyə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, meksikalı hücumçu  La Liqanın 4-cü turunda "Alaves" matçda oynamaq istəsə də, baş məşqçisi Xulen Lopeteqi ona şans verməyə bilər.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçunun debütünün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda gerçəkləşməsi mümkündür.

Xatırladaq ki, “Qarabağ” - “Sevilya” görüşü sentyabrın 19-u keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.