Qol.Az

22 dəqiqəyə 3 qol vurdu, əvəzləndi - Video

[11.09.2019]
22 dəqiqəyə 3 qol vurdu, əvəzləndi - <b style="color:red">Video</b>

Argentina millisi yoxlama matçında Meksikaya 4:0 hesabı ilə qalib gəlib.

Qol.az xəbər verir ki, qollardan 3-nü 22 dəqiqə ərzində “İnter”in forvardı Lautaro Martinis vurub. O, 17, 22 və 39-cu dəqiqələrdə fərqlənib. Daha bir qolu isə 33-cü dəqiqədə rəqib qapısından penalti zərbəsu ilə Leandro Daniel Paredes keçirib.

Qeyd edək ki, fasilədə Lautaro Martinis əvəzlənib. Argentinanın baş məşqçi Lionel Skaloni deyib ki, bu, əvvəlcədən nəzərdə tutulmuş dəyişikıik olub: “Düzdür, onu haqsızlıq etdiyimizi düşünə bilərlər. Amma onun müəyyən ağrıları vardı”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.