Qol.Az

"Zirə"nin futbolçuları Afrikada üz-üzə gəldi

[11.09.2019]
"Zirə"nin futbolçuları Afrikada üz-üzə gəldi “Zirə"nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.

Qol.az xəbər verir ki,  Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvane yığmalarında qarşılaşıblar.

DÇ-2022-nin seçmə mərhələsinin cavab oyunda Malavi 1:0 qalib gələrək növbəti mərhələyə yüksəlib. Botsvana isə mübarizəni erkən dayandırıb.

Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.