Qol.Az

"Real" ukraynalı qapıçını icarəyə göndərdi

[14.08.2019]
"Real" ukraynalı qapıçını icarəyə göndərdi "Real" qapıçısı Andrey Lunini icarəyə verib.

Qol.az xəbər verir ki, 20 yaşlı qolkiper La Liqanın digər təmsilçisi "Real Valyodolid"ə keçib. Klubun rəsmi saytı ukraynalı qapıçı ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Madrid klubu Lunini 2018-ci ildə "Zarya"dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən mövsüm "Leqanes"ə icarəyə verilmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.