Qol.Az

Şahmat üzrə Azərbaycan birinciliyində 7-ci turun oyunları keçirilib

[29.03.2009]

“Təhsil” Respublika İdman Mərkəzində şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının görüşləri davam edir. Respublikanın 30-a yaxın şəhər və rayonlarından 135-dək gənc şahmatçının mübarizə apardığı yarışda 7-ci turun oyunları keçirilib.

8 yaşlı şahmatçıların yarışında Abdulla Qədimli (6 xal) və Xanım Balacayeva (7 xal) turnir cədvəlinə liderlik edirlər. 10 yaşlı oğlanların turnirində Zaur Abbasov (5,5 xal), qızların yarışında isə hərəyə 7 xalla Nərmin Məmmədova, Aydan Höcətova, Günay Məmmədzadə birinci yerləri tutublar.

Digər yaş qruplarında aşağıdakı nəticələr qeydə alınıb: 12 yaş - Elxan Bayramov (6,5 xal), Xatun Bağırova (5,5 xal) və Günay Nəsirova (5,5 xal), 14 yaş – İzzət Kənan (6,5 xal), Səbinə İbrahimova (6 xal) və İzzət Rəhimli (6 xal), 16 yaş - Zaur Məmmədov (6 xal) və Nərmin Kazımova (6 xal), 18 yaş - Vüqar Rəsulov (5,5 xal) və Aysel Bəxtiyarlı (6 xal).

Hər yaş qrupunda qaliblər dünya və Avropa birinciliklərinə vəsiqə qazanacaqlar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.