Qol.Az

Aysel Bəxtiyarlı və Vüqar Rəsulov şahmat üzrə Azərbaycan çempionlarıdır

[01.04.2009]

Respublika “Təhsil” idman mərkəzində 16 yaşa qədər oğlanlar və qızlar arasında şahmat üzrə ölkə çempionatı başa çatmışdır.

Sumqayıtlı şahmatçı Aysel Bəxtiyarlı (7 xal) Azərbaycan çempionu titulunu qazanmışdır. Gülnar Məmmədova ikinci, Türkan Həsənona üçüncü yeri tutmuşlar.

Oğlanlar arasında birinci yeri Vüqar Rəsulov (6 xal) tutmuşdur. Ayaz Məmmədov ikinci, Fərid Namazov üçüncü nəticə göstərmişdir.

8, 10, 12, 14 və 16 yaşlı şahmatçıların turniri davam edir.

8 yaşlı şahmatçıların yarışlarında 10 turun yekununa görə Abdulla Qədimli (9 xal) və Xanım Balacayeva (10 xal) liderdirlər. 10 yaşlı idmançılar arasında birinci yerləri Qulam Məmmədov (7 xal) və Günay Məmmədzadə (10 xal) tutur.

Digər yaş qruplarında aşağıdakı idmançılar irəlidə gedir: 12 yaş – Elxan Bayramov (9 xal), Aytən Amirayeva (8 xal), 14 yaş – İzzət Kənan və Misrəddin İsgəndərov (hərəsi 8 xal), Səbinə İbrahimova və İzzət Rəhimli (hərəsi 8 xal), 16 yaşa qədər – Zaur Məmmədov (8 xal) və Nərmin Kazımova (8,5 xal).

Hər bir yaş kateqoriyasında qalib gələnlər Avropa və dünya birinciliklərinə vəsiqə alacaqlar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.