Qol.Az

Klublarımızın çıxışı reytinqimizə necə təsir etdi? - UEFA açıqladı

[12.07.2019]
Klublarımızın çıxışı reytinqimizə necə təsir etdi? - <b style="color:red"> UEFA açıqladı</b> Avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
 
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın birinci mərhələsində ötən gün səfərdə Moldova "Sperantsa"sına qalib gələn (3:0) "Neftçi" ölkəmizə 0.250 xal qazandırıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" aktivimizə 0.125 xal əlavə edib.

Avroliqanın 1-ci təsnifat mərhələsində ötən gün Bakıda "Universitatya"ya (Rumıniya) uduzan (2:3) "Səbail" isə xal ehtiyatımızı artıra bilməyib.

Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.