Qol.Az

"Qolları üçüncü şəxslər vurdular" - "Sperantsa"nın baş məşqçisi

[12.07.2019]
"Qolları üçüncü şəxslər vurdular" - <b style="color:red">"Sperantsa"nın baş məşqçisi </b>

"Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə üçüncü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi".

Qol.az-ın məlumatına görə, bunu Moldova "Sperantsa"sının baş məşqçisi Kristian Yefros Kişinyovda "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Üçüncü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri?

- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz?

- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.

- Belə çıxır ki, cavab matçı formal olacaq?

- Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

- Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz?

- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz?

- Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

- Nəyə görə aqressivsiniz?

- Konkret nəyi nəzərdə tutursunuz?

- Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız?

- Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı?

- Belə demək də olar (sportnet.az).


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.