Qol.Az

"Bu nəticədən sonra favoritik" - "Universitatya"nın baş məşqçisi

[11.07.2019]
"Bu nəticədən sonra favoritik" - <b style="color:red"> "Universitatya"nın baş məşqçisi</b>

"Bizim üçün çox yaxşı oyun oldu, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq".

Qol.az xəbər verir ki, bu sözləri  "Universitatya"nın  baş məşqçisi Korneliu Papure Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Səbail"ə qalib gəldikləri (3:2) oyundan sonra mətbuat konfransında deyib.

O, artıq qeydə alınan nəticədən sonra özlərini favorit adlandırıb: "26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdır. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız var idi. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldır. Əsas odur ki, bunları təkrarlamayaq".

Baş məşqçi öz səhvləri ucbatından iki qol buraxdıqlarını da əlavə edib: "Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də, meydan mərkəzindəkiləri qeyd edərdim. Yevgeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.