Qol.Az

"Liverpul"a qızıl telefon hədiyyə edildi - Şəkillər

[13.06.2019]
"Liverpul"a qızıl telefon hədiyyə edildi - <b style="color:red">Şəkillər</b>

"Liverpul" rəhbərliyi komandanın üzvlərinə Çempionlar Liqasının qalibi olduğu üçün pul mükafatı ilə yanaşı, qiymətli hədiyyələr də verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rəhbərlik 28 oyunçu və baş məşqçi Yurgen Kloppa hər biri 3.5 min funt sterlinq dəyərində, qızıl korpusu olan "iPhone X" modeli telefon alıb. 
 
Həmin telefonların arxa qabağında oyunçuların adları, nömrələri, həmçinin Çempionlar Liqasının kuboku və loqosu əks olunub.

Qeyd edək ki,  "Liverpul" ÇL-in finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.