Qol.Az

"Qrizmann "Barselona" ilə martda anlaşıb" - "Atletiko"dan açıqlama

[13.06.2019]
"Qrizmann "Barselona" ilə martda anlaşıb" - <b style="color:red"> "Atletiko"dan açıqlama</b>

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adı dəqiqləşib.

Qol.az xəbər verir ki, Madrid klubunun CEO-su Migel Anxel Gil Marin İspaniya mətbuatına açıqlamasında 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib: "Qrizmann martda "Barselona" ilə anlaşmışdı. O, növbəti mövsüm "Barselona"da çıxış edəcək".

Qeyd edək ki, 2014-cü ilin yayında "Real Sosyedad" 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Fransa millisinin üzvü ötən mövsüm "Atletiko"da 48 oyuna 21 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.