Qol.Az

Şeydayev azarkeşlərdən üzr istədi - Slovakiyaya məğlubiyyətə görə

[12.06.2019]
Şeydayev azarkeşlərdən üzr istədi - <b style="color:red"> Slovakiyaya məğlubiyyətə görə </b>

Millimizin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə  görə azarkeşlərdən üzr istəyib.

Qol.az xəbər verir ki, bu barədə "Krılya Sovetov"un hücumçusu özünün "Feysbuk" səhifəsində yazıb: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

R.Şeydayev matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.