Qol.Az

"Real"dan növbəti transfer - rəsmi

[12.06.2019]
"Real"dan növbəti transfer - <b style="color:red">rəsmi</b>

"Real" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Lion"un müdafiəçisi Ferlan Mendini heyətinə cəlb edib.  24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Real"ın 48 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, F.Mendi ötən mövsüm "Lion"da 44 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.

Xatırladaq ki, "Real" bundan əvvəl Eden Hazard və Luka Yoviçi alıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.