Qol.Az

Qvardioladan "Yuventus"un təklifinə rədd cavabı

[12.06.2019]
Qvardioladan "Yuventus"un təklifinə rədd cavabı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Yuventus"un təklifini rədd edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis Turin təmsilçisinin ilinə 20 milyon avro qazanacağı təklifini müsbət cavablandırmayıb. O,  Mançester klubunda işini davam etdirməyi daha üstün tutub.

Qeyd edək ki, Qvardiola ötən mövsüm "Mançester Siti" ilə ölkə çempionu olub, İngiltərə liqa kuboku və İngiltərə superkubokunu qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.