Qol.Az

"Real" yeni transferini təqdim etdi - Şəkil

[12.06.2019]
"Real" yeni transferini təqdim etdi - <b style="color:red">Şəkil</b> "Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm".

Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.