Qol.Az

"Şaxtyor"da yeni baş məşqçi - rəsmi

[12.06.2019]
"Şaxtyor"da yeni baş məşqçi - <b style="color:red">rəsmi</b> Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər yayır ki, Donetsk təmsilçisi Luiş Kaştruya tapşırılıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

57 yaşlı məşqçinin son klubu "Vitoriya Gimarayş" olub. O, Portuqaliyanın daha bir neçə klubunu çalışdırıb. Kaştru "Şaxtyor"da ötən gün "Roma"ya baş məşqçi təyin edilən Paulu Fonsekanı əvəzləyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.