Qol.Az

Hamşik Bakıda millinin tarixinə düşdü

[12.06.2019]
Hamşik Bakıda millinin tarixinə düşdü Avro-2020-nin seçmə mərhələsində yığmamız üzərində 5:1 hesablı qələbə Slovakiya millisinin kapitanı  Marek Hamşik üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, oyunda dubl edən 31 yaşlı yarımmüdafiəçi  yığmada ən çox qol vuran futbolçu adını qazanıb.

Hamşik Slovakiya millisinin heyətində keçirdiyi 114 oyunda 24 qol vuraraq, yığmanın bombardiri olub. Buna qədər rekord yığmanın keçmiş hücumçusu Robvert Vittekə (23 qol) məxsus idi.

Qeyd edək ki, Hamşik həm də Slovakiya millisində ən çox oyun keçirən futbolçudur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.