Qol.Az

Noyer Mayerin rekordunu qırdı

[12.06.2019]
Noyer Mayerin rekordunu qırdı Almaniya millisinin qapıçısı Manuel Noyer rekorda imza atıb.

Qol.az xəbər verir ki, onun rekordu Avro-2020-nin seçmə mərhələsində Estoniya ilə görüşdə (8:0) qeydə alınıb.

33 yaşlı qolkiper yığmada 37-ci oyunda qapısını toxunulmaz saxlayıb.  Bu isə komanda tarixinin ən yaxşı göstəricisidir. Buna qədər ən yaxşı göstərici əfsanəvi qapıçı Zepp Mayerə məxsus idi.

Qeyd edək ki, Noyer 10 ildir Almaniya millisində çıxış edir. Zepp Mayer isə 1966-1979-cu illərdə Bundestimdə oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.