Qol.Az

Joze Alesionu sevindirən məqam

[16.04.2019]
Joze Alesionu sevindirən məqam “Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər".
 
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyununda sonra AFFA-nın saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.