Qol.Az

Yığmamız Serbiyaya qalib gəldi

[16.04.2019]
Yığmamız Serbiyaya qalib gəldi Futzal üzrə Azərbaycan milli komandası ötən gün yoldaşlıq oyunu keçirib.

Qol.az xəbər verir ki, Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.