Qol.Az

"Çempionlar Liqasının yarımfinalına yüksələcəyik"

[15.04.2019]
"Çempionlar Liqasının yarımfinalına yüksələcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"lə cavab oyunu öncəsi "Sky Sports"a açıqlama  verib.

Qol.az-ın məlumatına görə, o, növbəti mərhələyə yüksələcəklərinə inandığını deyib: "Məncə, yarımfinala yüksələcəyik, buna inanıram. İlk matç bitəndən sonra hiss etdiyim şey bu idi. Matçı təkrar izlədim. Bəlkə mən yanılıram, amma yarımfinala çıxacağımızı düşünürəm".

Qeyd edək ki, "Mançester Siti" - "Tottenhem" görüşü aprelin 17-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Mançester təmsilçisi 0:1 hesabı ilə uduzub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.